Tramp Güləni Türkiyəyə VERƏCƏKMİ?
Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Qılınc ABŞ prezidenti Donald Trampın FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvili məsələsinə ciddi yanaşdığını deyib. "Qaynarinfo" xəbər verir ki, bu barədə Sərdar Qılınc "Reuters"ə danışıb. Gülənin təhvil verilməsi üçün ABŞ-la danışıqların davam etdiyini deyən səfir "ABŞ bizə kömək etməlidir. Bizim beynəlxalq tədqiqat hüququmuz yoxdur. Barak Obama ilə müqayisədə Tramp höküməti bu prosesə daha ciddi yanaşır. Əgər ABŞ bizdən Gülənin dövlət çevrilişinə cəhdi barədə yazılı sübut istəsəydi, bu tələb mənasız olardı, çünki bu çevriliş gizlicə planlaşdırılmışdı" deyib.