Fətullah Gülən Ərdoğanın Fətullah Gülən Ərdoğanın İTTİHAMLARINA cavab verdi

"Çevriliş cəhdinin arxasında bir çox motivasiyalar ola bilər."

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı olub.ANS PRESS-in məlumatına görə, telefon danışığı zamanı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi də müzakirə edilib.
Eyni zamanda Türkiyədə dövlət çevrilişi etməkdə ittiham olunan Fətullah Gülən ittihamları rədd edib. Gülən Türkiyədə baş verən hadisələr fonunda ona qarşı təzyiqlərin artdığını bildirib.
“Dövlət çevrilişi edənlər mənə təzyiq göstərirlər. Məni hər dəfə istintaqa cəlb ediblər. Ən yaxın insanlar belə bəzən alternativ seçimə dözə bilmirlər. Həsəd və qısqanclıq ünsürləri bəzən insanı pisliklər etməyə vadar edir. Çevriliş cəhdinin arxasında bir çox motivasiyalar ola bilər. Onlar müxalifət partiyalarının, millətçilətçi partiyaların tərəfdarları ola bilər. 15  ildir ki, Türkiyədən xaricdəyəm. Türkiyədə baş verən hadisələri izləmirdim. Baş verən hadisələr əvvəlcədən yazılmış ssenaridir. Lakin mənim kimi bir möminin dəlilsiz ittihamlar etməsi doğru deyil. Belə bir şey etsəm, yalan danışmış, şər atmış olaram”, - Gülən deyib.
Fəttulah Gülənin evinin qarşısında ona qarşı etiraz aksiyası keçirilib. Aksiya zamanı fəallar Türkiyə hökumətinə dəstək şüarları səsləndirib, Amerika hökumətinə müraciət edərək Gülənin Türkiyəyə ekstradisiya olunmasını istəyiblər.






Fikirlər