"Saakaşvili çevriliş planlaşdırır” - Ukrayna baş prokuroru
Ali Rada qarşısında mitinq keçirən Mixail Saakaşvilinin tərəfdarları çevriliş etməyi planlaşdırır, lakin hakimiyyət buna imkan verməyəcək. “AzərTaym” xəbər verir ki, belə bir bəyanatla Ukrayna baş prokuroru Yuriy Luçenko çıxış edib. O bildirib ki, dinc etiraz hüququ güc çevrilişi etmək üçün hazırlaşmaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlik qrup başladıb. Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir. Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək.