Saakaşvili İlham Əliyevi güldürdü...

Saakaşvili İlham Əliyevi güldürdü...Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz facebook səhifəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən bir foto yayımlayıb.

Həmin fotonu oxuculara təqdim edirik.

* * * 15:24

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini qəbul edib.

"AzerTaym.az" Virtualaz.org-a istinadən bildirir ki, məlumatı Saakaşvilinin yaxın ətrafına istinadən gürcü mətbuatı yayıb.

Məlumata görə, görüş bağlı qapılar arxasında bir saatdan artıq davam edib.

Xatırladaq ki, M.Saakaşvili Ukrayna prezidentinin köməkçisi vəzifəsini tutur və həmin ölkənin hökumətini təmsil edir.

O, Azərbaycana sabiq prezidentlərin Bakıda keçirilən sammitində iştirak etmək üçün gəlib.






Fikirlər