13.02.2014. - “İlham Əliyevi dinləyəndən sonra tam əmin oldum ki...” (Eksklüziv)

13.02.2014. - “İlham Əliyevi dinləyəndən sonra tam əmin oldum ki...” (Eksklüziv)“Mən Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfərini böyük maraqla izləyirəm. Çünki Azərbaycan bizim ən vacib strateji tərəfdaşımızdır”.

Bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze deyib.

Heç bir şübhə yoxdur ki, Gürcüstan prezidentinin Bakıya budəfəki səfəri iki ölkə arasındakı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və möhkəmləndirilməsi yolund vacib hadisəyə çevriləcək. Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvilinin çıxışlarını dinləyəndən sonra tam əminliklə deyə bilərəm ki, bu iki qonşu dövlətlərin rəhbərləri arasındakı tərəfdaşlıq münasibətləri gələcəkdə də bir vaxtlar gürcü xalqının böyük dostu Heydər Əliyevlə mənim aramda mövcud olmuş xüsusi etimad əsasında davam və inkişaf edəcək. Mən belə hesab edirəm ki, Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri gələcəkdə də inkişaf edərək iki dost və qardaş xalqın rifahına xidmət edəcək - deyə E.Şevardnadze Azərbaycan-Gürcüstan münasibətlərinin gələcəyinə dair proqnoz verib.






Fikirlər