“PUTİNİ YA FİZİKİ, YA DA SİYASİ CƏHƏTDƏN MƏHV EDİLMƏLİDİ…” - Xodorkovski
“AzPolitika.info”nun məlumatına görə, eks-oliqarx Rusiyanı mövcud böhrandan çıxması üçün Putini ya fiziki, ya da ki, siyasi cəhətdən məhv etməyin lazım gəldiyinə işarə vurub: “Məhz bundan sonra mən Rusiyaya qayıda bilərəm. İspaniya diktatorunun ölümündən sonra, kral Xuan Karlos ölkədə təminatçı rolunu öz üzərinə götürmüşdü. Hazırda İspaniya modelində olduğu bir forma Rusiyada mövcud deyil. Hələlik Rusiyada heç belə bir şəxsiyyət də yoxdur.
Putin 2012-ci il yenidən prezident kürsüsünə qayıtmaqla özünü bu imkandan məhrum edib. Əgər Putin kimisə yenidən öz yerinə xələf kimi gətirərsə, onda hamı Medvediyevin taleyini xatırlayacaq. Yəni, həmin şəxs faktiki səlahiyyətsiz vəziyyətdə olacaq. Beləliklə də Putin bu məsələdə özünü dalana dirəyib. Gələcəkdə Rusiya prezidenti postuna gətirləcək şəxs real hakimiyyəti yalnız Putini ya fiziki, ya da ki, siyasi cəhətdən məhv edəcəyi zaman əldə edə bilər”