Keçmiş baş nazir SAXLANILDI

Keçmiş baş nazir saxlanıldı

Livanın vəzifəsindən istefa verən baş naziri Saad əl-Hariri Səudiyyə Ərəbistanında saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq bir agentliyə Livanın ali səviyyəli səlahiyyətli şəxsləri məlumat verib.

Hökumət nümayəndələri keçmiş baş nazirin Livana geri qayıtması üçün beynəlxalq toplumun təzyiq göstərməsi üçün çağırış edib.

Qeyd edək ki, Saad əl-Hariri şənbə günü getdiyi Riyad şəhərində vəzifəsindən istefa etmiş və şəxsi təhlükəsizliyindən narahat olduğunu bildirmişdi.

Səudiyyə Ərəbistanının xarici işlər naziri isə S.Haririnin ölkəni tərk etməkdə sərbəst olduğunu bildirmişdi. Lakin keçmiş baz nazir Beyruta geri qayıtmamışdı. İstefadan sonra BƏƏ-yə gedən S.Hariri yenidən Riyada getmişdi.






Fikirlər