Zimbabve lideri HƏRBİ ÇEVRİLİŞDƏ sonra ilk dəfə XALQIN qarşısında - FOTO

Zimbabve lideri hərbi çevrilişdən sonra ilk dəfə xalqın qarşısında - FOTO

Zimbabve lideri Robert Muqabe ordunun hökumətə müdaxiləsindən sonra ilk dəfə xalqın qarşısına çıxıb.

Publika.az xəbər verir ki, dünyanın ən yaşlı prezidenti paytaxt Hararidəki bir universitetin məzun gününə qatılıb.

Hadisənin şahidləri bu barədə “Reuters” xəbər agentliyinə açıqlama verib. Onlar R.Muqabenin milli himni dinlədikdən sonra sloqanlar fonunda çıxış etdiyini bildirib.

Qeyd edək ki, Zimbabve ordusu bu gün verdiyi açıqlamada preizdentin vəzifədən istefa verməsi ilə aparılan danışıqlarda önəmli irəliləyişlərin olduğunu və R.Muqabenin yaxın zamanda xalqa açıqlama verəcəyini bildirib.






Fikirlər