Muqabe HƏBS EDİLDİ, müxalif lider ÖLKƏYƏ QAYITDI

  Картинки по запросу - Muqabe HƏBS EDİLDİ,

Zimbabvenin keçmiş baş naziri, müxalifətin lideri Morqan Svaqiray ölkəsinə geri dönüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus” televiziyası yayıb. Svaqirayla birgə ölkəyə iki dövlət naziri də gəlib.

Qeyd edək ki, dünən Zimbabver ordusu paytaxt Harareyə daxil olub. Ordu dövlət televiziyasının binasını ələ keçirib.

Ordunun şəhərə girməsindən sonra Prezident Muqabe girov götürülərək, faktiki olaraq hakimiyyətdən uzaqlaşdırılıb. Hökumətə rəhbərlik vitse-prezident Emmerson Mnanqaqvuya verilib. Muqabenin girov götürülməsindən sonra onun həyat yoldaşı ölkədən qaçıb.

Muqabe 1980-ci ildən Zimbabveni idarə edir.

Svaqiray 2008-ci ildə Zimbabvedə keçirilən prezident seçkisinin 1-ci turunda qələbə qazandıqdan sonra o, Muqabe tərəfindən həbs etdirilib. Nəticədə seçkinin ikinci turunda Muqabe qalib gəlib. O, Svaqirayı baş nazir təyin edib, amma müxalif lider bu vəzifədə 4 ildən çox işləyə bilməyib.






Fikirlər