Seçkilərdə bu müxalifətçi xanım qalib gəldi

Seçkilərdə bu müxalifətçi xanım qalib gəldiXorvatiyada keçirilən prezident seçkilərinin 2-ci turunda müxalifətdəki sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi Partiyasının namizədi Kolinda Qrabar Kitaroviç qalib gəlib.

APA-nın verdiyi xəbərə görə, hazırkı prezident İvo Yosipoviç məğlubiyyətini etiraf edib. “Hər şey bitdi, xanım qələbə çaldı”, - deyə o, söyləyib. İlkin məlumatlara əsasən K. Qrabar Kitaroviç 50,42%, İ. Yosipoviç 49,58% səs alıb.

İlk turda İ. Yosipoviç 38,48%, K. Qrabar-Kitaroviç isə 37,18% səs toplamışdı.






Fikirlər