10.08.2014 - Bahçeli: Bu gün rüşvət qalib gəldi
"MHP" lideri Devlet Bahçeli prezident seçkilərindən sonra media işçilərinə açıqlama verib.
Bahçeli seçim sonrası media işçiləri qarşısına çıxıb.
"Bunu hamı bilsin ki, partiyamız xalqın seçiminə hörmətlə yanaşır. Ərdoğan dövlətin bütün imkanlarından istifadə edib. Bu gün rüşvət qalib gəldi. Harama qiymət artıb, halal isə hörmətsiz olub. Bu gün təmiz idarəçilik yox oldu. Seçim xalqımızındır".