18.02.2014. - Miss-Media | `Hər həftə`nin Zamirəsi – FOTOSESSİYA
və "Siqnal" verilişinin aparıcısı Zamirə Dadaşovadır.
Dadaşova Zamirə Sabir qızı 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Nərimanov rayonundakı 43 nömrəli liseyi bitirib. Daha sonra Kooperasiya Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsində təhsil alıb.
İş fəaliyyətinə 1996-cı ildə Azərbaycan dövlət televiziyasında başlayıb. "Xəbərlər" proqlamının , eyni zamanda bir cox dövlət tədbirlərinin aparıcısı olub.
1997- ci ildən `Space tv`- də işləyir. "Hər Gün" informasiya proqramı ilə burada fəaliyyətini davam etdirən aparıcıya daha sonra `Siqnal` verilişi də həvalə olunub.
Ailəlidir, iki oğlu var. Yoldaşı da televiziya sahəsində calışır. Ailənin hər şeydən üstün olduğunu düşünür. Deyir ki, həyat yoldaşı fərqli bir sahənin adamı olsaydı və onu seçim qarşısında qoysaydı, yenə də ailəsini seçərdi: "Mən kicik bir dövlət qurmuşam. Heç kimin və heç nəyin mənim qurduğum dövləti dağırtmasına imkan vermərəm".
Fotolar: Kəmalə Hüseynova (Şəkilləri böyütmək üçün üzərinə "tıkla"yın)