13.01.2014. - “Türkiyə 1 ildir ki, xəbərsiz qalıb”

13.01.2014. - “Türkiyə 1 ildir ki, xəbərsiz qalıb”Məmməd Əli Birand - Türk jurnalist, yazıçı, xəbər aparıcısı 9 dekabrda İstanbulda doğulub.
Mətbu fəaliyyətə 1964-cü ildə “Milliyet” qəzetində başlayıb. 32. Gün proqramı ilə TRT vəShow TV televiziya kanallarına çıxıb. 1992-1995-ci illər fasiləsində Show TV-də hava xəbərləri ilə efirdə olub. Haqqında müəyyən illərdə cinayət işi açılıb. 1994-cü ildə Türkiyə Radio Televiziya Qurumunu (TRT) qanunsuz şəkildə pul mənimsədiyi üçün 11 ay 20 gün həbs cəzası almış, lakin ziyan vurduğu məbləğin qarşılığın verdikdən sonra azadlığa çıxıb.
Biranda qarşı uzun illər milli və siyasi görüşləri zəmnində təyziq olsa da, ittihamlar öz təsdiqini tapmamışdı. Türkiyə mediasının “xəbər babası” uzun sürən xərçəng xəstəliyindən sonra 2013 ilin yanvarında dünyasını dəyişdi.

Bu gün CNN-də Məmməd Əli Birand haqda danışan həyat yoldaşı Cəmrə Birand və oğlu Ümid Birand xatirələrini paylaşıblar. Cəmrə Birand qonaq olduğu proqramda Məmməd Əli Birand haqda xatirələri ilə yanaşı, professional baxımdan həyat yoldaşının tayı-bərabəri olmadığını deyib.






Fikirlər