Fətulla Gülənin qardaşı OĞLU SAXLANILDI
Türkiyə polisi Ankarada keçirdiyi FETÖ əməliyyatı çərçivəsində hərəkatın lideri Fətulla Gülənin qardaşı oğlunu saxlayıb. “AzerTaym” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ümumilikdə Gülənin təşkilatının üzvü olmaqda şübhəli bilinən 87 nəfərin saxlanılmasına order verilib. Bu məqsədlə 65 ünvanda əməliyyat keçirilib və hələ ki, 57 nəfəri ələ keçirmək mümkün olub. Onların arasında Gülənin qardaşı oğlu Salman Gülən də var. Xatırladaq ki, fevralda Manisa əyalətində Gülənin daha bir qardaşı oğlu həbs edilmişdi, 2016-cı ilin oktyabrında isə İzmirdə qardaşı Qutbeddin Gülən saxlanılmışdı.