Trampdan 2018-ci İL PROQNOZU

Trampdan 2018-ci il PROQNOZU

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin ölkə üçün hansı sahələrdə düşərli olacağından danışıb.

Publika.az xəbər verir ki, prezident Tramp özünün tvitter səhifəsində yeni ilin biznes sahəsində uğurlu olacağını deyib:

“2018-ci il ABŞ şirkətləri və fond bazarı üçün uğurlu olacaq. Yeni iş yerləri yaradılacaq, vətəndaşlar işlə təmin olunacaq. Fond bazarı yeni ilə tam şəkildə hazırdır. 2018-ci il biznes üçün çox uğurlu olacaq. Habelə, ölkədə yeni vergi islahatları da həyata keçiriləcək”

Xatırladaq ki, cari ilin dekabr ayında ABŞ tarixində Senat son 30 il ərzində ilk ən böyük vergi islahatı barədə qanun layihəsini qəbul edib. Vergi islahatı da D.Trampın seçkiqabağı verdiyi vədlərdən biridir.






Fikirlər