Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ

Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ

Rusiya prezident seçkiləri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, rəsmi Moskva ABŞ-dan gələn il Rusiyada keçiriləcək prezident seçkilərinə qarışmamasını tələb edib.

Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova müxalifət lideri Aleksey Navalnının prezident seçkilərinə buraxılmaması ilə bağlı ABŞ-ın verdiyi açıqlamanı tənqid edib: “Əminəm ki, bu açıqlama yaxınlaşmaqda olan prezident seçkilərinə və Rusiyanın daxili məsələlərinə dair ABŞ-dan gələn tək açıqlama olmayacaq. Bunun ən gülməli tərəfi isə açıqlamanı verən şəxlərin Rt və “Sputnik” kanallarının Rusiyanın təxribatını aparan xarici agentlər iddiasını qaldıranlarla eyni olmasıdır. ”.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Noel Klay Vaşinqton rəhbərliyinin müxalif lideri Navalnının Rusiyadakı seçkilərdən uzaqlaşdırılmasının narahatlıq doğuran məsələ olduğunu bildirmişdi.






Fikirlər