ABŞ-dan dünyaya İŞİD ÇAĞRIŞI
Pentaqon dünya mediasına səslənərək, ABŞ-ın adının İŞİD-lə hallanmasına son verilməsini istəyib. Publika.az xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Rebekka Riberix bütün bu iddiaları rədd edib: “ABŞ-ın İŞİD terror qruplaşmasına dəstək verməsinə dair bütün iddialar cəfəngiyatdır. Biz terrorçuları dəstəkləmirik. ABŞ tərəfdaşları ilə birgə terrorçuların saxlanılması istiqamətində işlər görür". Xatırladaq ki, Rusiya başda olmaqla bir çox ölkə ABŞ-ı İŞİD terror qruplaşmasına dəstək verməkdə ittiham edir.