PUTİN HƏRBİ QARŞIDURMADAN İMTİNA ETMƏDİ – Hökumət müdafiə xərclərini azaltmadı

PUTİN HƏRBİ QARŞIDURMADAN İMTİNA ETMƏDİ – Hökumət müdafiə xərclərini azaltmadıMaliyyə naziri çətinliklər barəsində xəbərdarlıq edir.

Rusiyanın maliyyə naziri Anton Siluanov xəbərdarlıq edib ki, hökumət müdafiə xərclərindən başqa bütün büdcə xərclərini 10% azaldacaq. Bu barədə “The Financial Times” məlumat verir.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bu ölkə üçün son on ilin ən ağır valyuta böhranı təhlükəsini yaradıb.
Moskvada keçirilən “Qaydar” iqtisadi forumunda Anton Siluanov bəyan edib ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalarsa, onda büdcəyə nəzərdə tutulandan 45,5 milyard dollar az pul daxil olacaq. Maliyyə nazirinin sözlərinə görə, bu ilki itkilərin ümümi həcmi 3 trilyon rubl təşkil edəcək.

Dünya bazarında neftin vəziyyəti büdcədə neftin bir barelinin qiymətini 100 dollar hesablayan Rusiya hökumətini 2015-ci il büdcəsinə yenidən baxmağa məcbur edib. Büdcə kəsirinin müdafiə xərclərinə aid edilməməsinin başlıca səbəbi Rusiya ordusunun yeni hərbi texnika ilə təchiz edilməsindən ötrü Kremlin 2010-2020-ci illər arasında 20 trilyon rubl ayırmaq istəyi ilə bağlıdır.

İqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə deyib ki, cox böyük ehtimalla yaxın zamanlarda Rusiyanın kredit reytinqi “zibil” adlandırılan səviyyəyə qədər geri çəkiləcək. ”Sberbank”ın rəhbəri Qerman Qref hökuməti indiki iqtisadi geriləmədən və sanksiyalardan xeyli əvvəlki dövrdə investisiya mühitinin yaxşılaşdırılması və struktur xarakterli digər problemlərin həlli üçün lazımı tədbirlər görməməkdə ittiham edib. Qerman Qref Mərkəzi Bankı tənqid edənlərin əksinə olaraq, onun müdafiəsinə qalxaraq söyləyib: “Biz Mərkəzi bankın nə etdiyini anlayırıq. Biz anlayırıq ki, yəqin ki, faiz dərəcələri aşağı salınacaq. Ancaq səmimi olaraq deyirəm ki, hökumətin nə edəcəyi çox az anlaşılandır. Biz 2015-ci ilin iqtisadi siyasətinin məqsədini anlamalıyıq”.

PUTİN HƏRBİ QARŞIDURMADAN İMTİNA ETMƏDİ – Hökumət müdafiə xərclərini azaltmadıKeçən ilin dekabr ayında Rusiya hökuməti bank sektorunu müdafiə etmək məqsədi ilə üç trilyon rubl ayırıb. Rusiyanın baş nazırı Dmitriy Medvedyev bildirib ki, bankların dövlət tərəfindən müdafiə olunması üçün banklar öz kredit portfellərini il ərzində 12%-dən artıq yüksəltməlidirlər. Belə bir müdafiə ilə təmin olunmaqdan ötrü banklar 25 milyard rubl həcmində şəxsi kapitala da malik olmalıdırlar. Rusiya hökuməti dekabr ayında kredit imkanlarının böyüklüyünə görə ölkənin ikinci bankı olan “VTB”-yə 100 milyard rubl həcmində yardım göstərib. Bundan başqa hökumət “Qazprombank”ın imtiyazlı səhmlərinin alınması üçün özlərinin qara günlərindən yana yaratdıqları Milli Təminat Fondundan 39,95 milyard rubl məbləğində pul ayırıb. ”VTB” rəhbərliyindən verilən məlumata əsasən, onlar 2015-ci ilin birinci rübü üçün 150 milyard rubl həcmində ikinci tranş yardımı da gözləyirlər. ”Qazprombank” isə onlar üçün dövlətdən daha 30 milyard rublun ayrılmasını xahiş edib.

Vaqif NƏSİBOV






Fikirlər