Kanada baş NAZİRİNİN korteji ABŞ-da QƏZAYA uğradı

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji ABŞ-ın Kaliforniya ştatında qəzaya uğrayıb.

Virtualaz.org bildirir ki, bu barədə KABC TV məlumat yayıb.

Qəza nəticəsində baş nazir xəsarət almayıb.

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən “Toyota” markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

Motosiklet və avtomobilin sürücüləri xəstəxanaya çatdırılıb.






Fikirlər