ONLAR TÜRKİYƏ ilə döyüşməyə gəlirlər - ABŞ rəsmən ELAN ETDİ
“Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin (söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini görürük”. AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert mətbuat konfransında söyləyib. “Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti İŞİD-ə qarşı mübarizədən yayındırır”, - o deyib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində yanvarın 20-dən “Zeytun budağı” əməliyyatı həyata keçirir. YPG Afrindəki itkiləri Suriyanın digər bölgələrindəki döyüşçülərin hesabına kompensasiya etmək istəyir. Artıq YPG-nin Afrinə keçən bir neçə qrupu qeydə alınıb. Onların bir hissəsi isə Türkiyə Silahlı Qüvvələri tərəfindən aşkarlanaraq məhv edilib.