POROŞENKO İKİ VARİANTI RƏDD ETDİ: “Kapitulyasiya olmayacaq”
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənubi-şərqində münaqişənin güc yolu ilə həll variantını rədd edib. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Poroşenko həmçinin Kiyevin kapitulyasiyanı rədd etdiyini bildirib. “Mən sülhə gedən yolda iki sonuncu addımı rədd edirəm: milyonlarla insanın həyatına son qoyacaq hərbi hücum və kapitulyasiya”,- o dəqiqləşdirib.