Türk kəşfiyyatı Stalini ölümdən necə qurtardı? – Gizli tarix
"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Veçerni Stavropol” qəzetində məlumat verilib. 94 yaşlı Pavel Lipnyaqovun müharibə illərində göstərdiyi şücaətdən bəhs edilən məqalədə həmin hadisə belə təsvir olunur:
“II Dünya Savaşının sonlarına yaxın SSSR lideri İosif Stalinin dəvəti ilə ABŞ Prezidenti Franklin D. Ruzvelt və İngiltərənin Baş naziri Uinston Çörçill 4-11 fevral tarixlərində təşkil olunan konfransda iştirak etmək üçün Yalta şəhərinin 3 kilometrliyində yerləşən Livadia sarayına gəlmişdi. Bu zaman Lipnyaqov konfransın təhlükəsizliyindən məsul şəxs idi. Konfransın başlanmasına sayılı günlər qalmış Türkiyə kəşfiyyatından əhəmiyyətli məlumat daxil oldu. Məlumata görə, liderlərin Krıma toplaşdığı zaman naməlum bir sualtı qayıq boğazdan keçərək Yalta istiqamətində hərəkət edir.
Bu məlumatdan dərhal sonra sovet qoşunları həmin sualtı qayığı məhv etdi. Uğurlu əməliyyatdan sonra Stalin zabit Lipynakovu şəxsən “Qırmızı Bayraq” ordeni ilə mükafatlandırdı. Daha sonra ABŞ Prezidenti Ruzvelt də sovet zabitini "G.Washington" medalı ilə təltif etdi”.