Camal Qaşıqçı cinayəti 56 milyard dollara UNUDULDU...

Картинки по запросу Camal Qaşıqçı

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda təşkil olunan və “Çöl Davosu” adı verilən “Gələcəyə Sərməyə Təşəbbüsləri” (Future İnvestment İnitiative) adlı forumda Səudiyyə Ərəbistanın təklif etdiyi cazibəli layihələr Camal Qaşıqçı cinayətini müəyyən qədər unutdurub.

 Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Səud ailəsinin artıq müxtəlif şirkətlərə 56 milyard dollara çatan anlaşmalar bağladığı məlum olub.

Öncə Səudiyyə Ərəbistanın “Aramco” neft şirkəti 34 milyard dollar həcmində sazişə imza atıb. Şahzadə Məhəmməd bin Salman başda “Total” olmaqla Fransa şirkətləri ilə 12 mliyard dollarlıq müqavilənin imzalanması üçün danışqları başa çatdırıb. Forumda Rusiya və Çin heyətlərinin aktivliyi xüsusi diqqət çəkib.

Rusiyanın ərəblərdən 5 milyard dollar qopardığı bildirilir. Ruslar hətta Ermitaj muzeyinin Səudiyyə Ərəbistanındakı fililaının açılması barədə razılığa gəliblər.

Elə Qərbin bəzi iş adamları da boş dayanmayıblar.

ABŞ-Çin sərmayə şirkəti “WI Harper Group” un rəhbəri Piter Lyu mətbuata verdiyi müsahibədə ailəsinin uzun illər boyunca Səud kral evi ilə dostluq etdiyini, buna görə heç bir əməkdaşlıqdan vaz keçməyəcəklərini bildirib.

ABŞ-ın “Lucid Motors” şirkətinin nümayəndəsi Derek Cenkins də mətbuata açıqlamasında forumda iştirak edənlərdəndir. Bu da əbəs yerə deyil. “Lucid Air” məşhur milyarder İlon Maskın “Tesla” şirkətinin rəqibi sayılır. Hələ sentyabr syında Səudiyyə Ərəbistanı “Lucid air” şirkətinin Arizonadakı zavodunun tikintisinə 1 milyard dollar pul yatrımağı vəd edib.

 






Fikirlər