RUSİYA BEŞİNCİ NƏSİL SUALTI QAYIQLAR YARADIR – Həqiqətlər və müəmmalar
Sankt-Peterburqdakı “Malaxit” maşınqayırma zavodunun dəniz bürosunun baş direktoru Vladimir Dorofeyev bildirib ki, onun rəhbərlik etdiyi şirkət, ”setesentrik sistem” (hər şeyin vahid bir informasiya sisteminə bağlanması) əsasında yeni sualtı qayığın düzəldilməsini, Rusiyanın 2050-ci ilədək nəzərdə tutduğu hərbi gəmi tikintisi proqramı çərçivəsində həyata keçirməyi planlaşdırır. V.Dorofeyev layihə barəsində deyib: ”Beşinci nəsil üzərində iş gedir. Layihə, “Yasen” atom sualtı qayığının tikintisi tamamilə reallaşandan sonra həyata keçiriləcək.” (The Diplomat)
Son iki ildir ki, Rusiya gəmiqayırma sektoru yeni nəsil submarinaların (sualtı qayıq) hazırlanması üzərində ciddi şəkildə çalışdıqları barəsində bəyanatlar verir.
Hər necə olsada, ”Yasen” layihəsindən olan sualtı qayıqların tiklilib başa gəlməsini gözləmək lazımdır. Sututumu 13 800 ton və uzunluğu 120 metr olan, yüksək avtomatlaşdırılmış xüsusiyyətli zərbə qayıqları 2020-ci ilədək çox funksiyalı köhnə sovet submarınalarını əvəz etməlidir. Lakin bu qayıqların qiyməti, gövdəsində qanadlı raketlər daşıyan “Borey” tipindən olan yeni submarınalardan iki dəfə yüksək olduğu üçün onlardan indiyədək nəzərdə tutulan səkkiz ədəd əvəzinə hələlik, yalnız bir ədədi istifadəyə verilib. Əgər bu cür davam edərsə, 2020-ci ilədək belə qayıqlardan yalnız üçü və ya dördü hazırlana bilər. Çox funksiyalı yeni zərbə atom sualtı qayıqlarından birinin 2017–ci ildən tez olmayaraq, Uzaq Şərqdəki Sakit okean donanmasının heyətinə verilməsi nəzərdə tutulur. Hal-hazırda Rusiyanın Şimal donanmasında “Yasen” layihəsindən olan “K-329 –Severodvinsk” sualtı qayığı fəaliyyət göstərir. Plana görə 2020-ci ildə bu layihədən olan əlavə altı submarinanın onun heyətinə daxil edilməsi gözlənilır. Amma indiki templə bunun həyata keçiriləcəyi çax az inandırıcıdır. Çünkü “Yasen” layihəsi üzrə proqramın mövcud vəziyyəti bunu deməyə imkan vermir. Bu cür ləngimələri nəzərə alaraq, Rusiya Hərbi Dəniz Donanması 2020-ci ilədək “971 Akula” və “949A Antey” layihələrindən olan strateji döyüş kreyserlərinin modernləşməsinə qərar verib.
Rusiyanın beşinci nəsil sualtı qayığının mümkün xüsusiyyətləri barəsindəki məlumatlar çox azdır. ”Hələ 2013-cü ildə “Malaxit” konstruktor bürosundan elan edilmişdi ki, sualtı radarlara az yaxalanacaq bu qayıqlar, uzaq mənzilli silahla təchiz olunmaqla yanaşı, avtomatlaşdırılmış idatəetmə sistemində işləyəcək və həmin submarinalarda səs-küyün azalmasının yeni texnologiyası tətbiq olunacaq. Ancaq keçən həftə verdiyi müsahibəsində Dorofeyev bildirib ki, yeni submarinada hər şey inqilabi texnologiyalar üzərində qurulmayacaq. Məsələ ilə əlaqədar Dorofeyev deyib: ”Sözsüz ki, sualtı qayıqdakı reaktor yeni prinsiplər əsasında inşa ediləcək, lakin inqilabi yeniliklər olmayacaq, həm də ki, bu lazım da deyil. Əlbəttə ki, qayığın ölçüləri və sürəti mühüm parametrlər sayılır, lakin indiki vəziyyətdə bu əvvəlki kimi mühüm sayılmır”.
Rusiyanın Hərbi Sənaye Kompleksindəki indiki maliyyə çatışmamazlığı və “Yasen”in tikintisindəki xoşagəlməz vəziyyətə əsasən, çox böyük ehtimalla, yeni beşinci nəsil qayıqların ölçülərinin nisbətən kiçik olacağı qənaətinə gəlmək mümkündür. Sözsüz ki, müvafiq olaraq, onların gövdəsində daha az raket yerləşdiriləcək. Bütün bunlara baxmayaraq, bu ilin mart ayında Rusiya HDD rəhbəri admiral Vladimir Çirkov bəyan edib ki, yeni nəsil zərbə sualtı qayıqlarının layihələndirilməsində və tikintisində heç bir pauza olmayacaq.
Məsələ ilə əlaqədar Çirkov bildirib: ”Biz müdafiə sənayesi kompleksinin qarşısında beşinci nəsil sualtı qayıqlarının yaradılması ilə əlaqədar mühüm bir məsələ qoymuşuq. Bu istiqamətdə işlər gedir. Layihənin həyata keçirilməsində və inkişaf etdirilməsində fasilələr olmayacaq. Çünkü bu gəmiqayırma sahəsindəki texnologiya və elmi-texniki tərəqqinin sürətli inkişafı ilə bağılıdır.”
Vaqif Nəsibov