ABŞ YENİDƏN Suriyanı bombalayıb, 20-yə yaxın qadın və UŞAQ ÖLÜB
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SANA dövlət agentliyi məlumat yayıb. Bildirilir ki, aviasiya şəhərin Əs-Suk rayonuna zərbə endirib. Ölənlər arasında 9 uşaq və 8 qadın var. Noyabrın 23-də sözügedən şəhərə analoji hava zərbələri zamanı 11 suriyalı həyatını itirib.