Zelenskinin Putinlə görüş təklifinə - Minskdən REAKSİYA

Zelenskinin Putinlə görüş təklifinə

Minsk Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünü yüksək səviyyədə təşkil etməyə hazırdır.

 Bu barədə Belarusun Xarici İşlər naziri Vladimir Makey məlumat verib.

Onun sözlərinə görə, rəsmi Minsk Zelenskinin səsləndirdiyi görüş təklifini yalnız alqışlaya bilər:

“Belarus rəhbərliyi Ukrayna torpaqlarında sülhün bərqərar olması üçün hər şeyi etməyə hazırdır”

Qeyd edək ki, Zelenski feysbuk hesabında Putinə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib.

"AzerTaym.az"






Fikirlər