ÇİNİN RUSİYA İLƏ İKİBAŞLI OYUNLARI – Pekin Moskvanın onun qarşısında diz çökməsini gözləyir!

Rusiya ilə Çin arasındakı münasibətlər çox ləng inkişaf edir”

00Cin-Rusiya01Bu həftə Rusiya və Çin arasında irimiqyaslı 20-30 müqavilənin bağlanması gözlənilirdi. Amma təbii qazın çatdırılması da daxil olmaqla, iki ölkə arasında xeyli sayda fikir ayrılığı mövcuddur.
Qərb Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra Moskvanı təcrid etməyə çalışanda, Rusiya bundan sonra üzünü Şərqə rərəf tutacağını açıq şəkildə bəyan etmişdi. Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Çinin starteji alyans formalaşdırmaq yolunda tədricən irəlilədiklərini bəyan etdikdən sonra, İkinci Dünya Müharibəsinin qurtarmasının 70–ci ildönümündə iştirak etmək üçün Çinə yollandı. (Stratfor)

Son bir neçə ildə Rusiyanın Çinə doğru dönəcəyi müəyyən mənada aydın idi. 2014-cü ildə Çinin Rusiyaya birbaşa investisiyasının həcmi əvvəlki illərə nisbətən üç dəfə artaraq, 1,27 milyard dollar təşkil etmişdi. Beləliklə də Çin Rusiyaya sərmayə yatırılmasına görə Fransadan sonra ikinci yerə çıxmışdı. Ola bilər ki, Çinin Rusiyaya qoyduğu bu investisyanın həcmi hədsiz cüzi məbləğ kimi görünsün. Lakin nəzərə alsaq ki, 2014-cü ildə Rusiyadakı investisiyaların ümumi həcmi 70 milyard dollardan 21 milyard dollardadək aşağı düşüb, onda Çinin yatırdığı bu pulun da əhəmiyyətli olması anlaşılar. Bundan başqa Rusiya Mərkəzi Bankın məlumatına görə, Çin Rusiyanın real iqtisadiyyatının xarici sektoruna da xeyli vəsait ayırıb. Çinli kreditorlar rus biznesmenlərinə ümumən13,6 milyard dollar pul veriblər.

Bu ilin may ayında Moskva və Pekin iki ölkə arasındakı ticarət dövriyyəsini 2014-cü ilin 95,3 milyard dollarlıq həcmindən, 2020-ci ilədək 200 milyard dollara qədər qaldıracaqlarını bildirmişdilər. Ancaq buna baxmayaraq, 2015-ci ilin birinci yarısında iki ölkə arasındakı ticarətin səviyyəsi 2014-cü ilin müvafiq dövrünə nisbətən 30% azalıb. Digər tərəfdən isə Rusiya və Çin xeyli sayda genişmiqyaslı layihələrin həyata keçirilməsini müzakirə ediblər. İki ölkə arasında gedən danışıqlara əsasən, Pekin həmin layihələri maliyyələşdirməlidir. Müzakirə olunan bu müqavilələrin dəyəri yüz milyard dollarla ölçülür. Amma Çin tərəfi bu layihələrin yalnız çox az bir hissəsini maliyyələşdirməyə başlayıb.

Əsas məsələ ondadır ki, Çin əvvəlcə müqavilə imzalayır, sonra isə bir neçə illər ərzində hər hansı lahiyəni maliyyələşdirmək əvəzinə həmin müqaviləni təftiş etməyə başlayır. Burada yeni heç nə yoxdur. Çin həmişə bu cür edir. Lakin Rusiya və Çindəki iqtisadi vəziyyət dəyişir. Çinin iqtisadi böyümə tempinin aşağı düşməsi, özü ilə bərabər tələbatın azalmasına da gətirib çıxarır. Deməli Çinin Rusiya ilə bağladığı irimiqyaslı layihələrin həyəta keçililməsi marağı əvvəlki cazibədarlığını itirir.

Avqust ayında Çin Ticarət Nazirliyinin Avrasiya məsələləri üzrə rəhbəri Lin Çzi qeyd etmişdi ki, neftin qiymətinin ucuzlaşması və Rusiya valyutasının dayanıqsızlığı Rusiya-Çin əməkdaşlığı üçün əlavə risklər törədir .Həm də enerji resurslarının qiymətinin aşagı olması və Moskvanın Qərbdən təcrid edildiyi bir vaxtda Çin Rusiyanın investisyalara böyük ehtiyac duyduğunu çox yaxşı bilir. Ona görə də, Çin Moskvanın onlara daha əlverişli şərait yaratmasına qədər gözləmə mövqeyində dayanacaq.

7658fd6af07e19ebf4f65900ea5Nümunə kimi təbii qazın çatdırılması ilə əlaqədar 2014-cü ildə Çinin “China National Petroleum” şirkəti və Rusiyanın “Qazprom” şirkəti arasında bağlanmış böyük sövdələşməni göstərmək olar. Bu layihə çərçivəsində iki ölkə “Sibirin gücü” adlandırılan qaz kəmərinin çəkilməsi niyyətindədir. Hərçənd ki, həm Rusiya, həm də Çin bu qaz kəmərinin tikintisinə başlasalar da, hələki, Pekin müqavilədə onlar tərəfindən “Qazprom”a verilməsi nəzərdə tutulan pulu ödəməyib. Hal-hazırda tərəflər təbii qazın qiyməti və onun çatdırılması barəsində danışıqları davam etdirirlər. Gözlənilir ki, Çin ilə Rusiya bu məsələ ilə bağlı yeni bir müqavilə imzalayacaq. Lakin çox böyük ehtimalla, həmin razılaşma da tərəflər arasındakı mübahisəyə son qoymayacaq.

Çin tərəfi daha bir müqaviləni – Rusiyanın neft nəhəngi olan “Rosneft”ın iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan layihənin maliyyələşdirilməsini dondurub. 2013-cü ilin iyununda “Rosneft” 270 milyard dollar məbləğində neft daşınması ilə bağlı Çinlə müqavilə imzalamışdı. Həmin müqavilə çərçivəsində Çin Rusiyanın “Rosneft” və “Transneft” şirkətlərinə təxminən 70 milyard dollar pul ödəməli idi. “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bildirib ki, onun şirkəti Çin tərəfindən hələki heç nə almayıb, amma ilin axırına kimi kreditləri ödəmək üçün onlara bu vəsait lazımdır. Putinin nümayəndə heyətinin tərkibində Çinə gedən Seçin, Pekindən onlara vəd olunmuş vəsaitin alınmasına cəhd göstərəcək.

Digər buna oxşar nümunə isə Çinin iştirakı ilə Fransanın “Total” və Rusiyanın “Novatek” şirkətləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan “Yamal” layihəsidir. Bu layihə üçün veriləcək 27 milyard dollarlıq məbləğın 20 milyard dollarını “China National Petroleum” şirkəti ödəməliydi. Lakin “Novatek”in səhmlərinin nəzarət paketininin sahibi Gennadi Timçenkonun sözlərinə görə hələki, Çin tərəfindən vəsait daxil olmayıb. Yamal sıxılmış qaz zavodunun tikintisi artıq başlayıb. Timçenko da öz çinli həmkərları ilə danışıqlar aparmaq üçün Putinin Pekin səfərinə qoşulub.
Layihələrin həyata keçirilməsindəki ləngimələrin böyük əksəriyyətinin əsas eibarı ilə enerji sferasına aid olmasına baxmayaraq, oxşar vəziyyət artıq digər sahələrə də sirayət etməyə başlayıb. Bu il “Rosiyski texnologii” şirkəti ilə Çinin “Shenhua” qrupu kömür hasilatının artırılması və ixracı istiqamətindəki 10 milyard dollarlıq müqavilə şərçivəsində Primoryedə yeni portun tikintisinə başlamalıydılar. İnşaat işləri hələ də başlamayıb və bunun səbəbini isə heç kim bilmir.

Bütün bunlar Çinin Rusiya ilə bağladığı bütün müqavilələrin reallaşdırlmasının ləngidilməsi anlamına da gəlmir. Çin Amur çayından keçəcək körpünün tikintisinə 425 milyon dollar və Tomskdakı ağac emalı müəssisəsinə isə 830 milyon dollar investisiya yatırıb. Ancaq meqa-müqavilələr adlandırılan layihələrin reallaşdırılmasına isə başlanmayıb. Çox böyük ehtimalla, yaxın gələcəkdə Çin Rusiyanın ən mühüm əməkdaşlarından birinə çevriləcək, lakin bu Moskvanın istədiyi kimi elə də böyük miqyasda olmayacaq.

Vaqif NƏSİBOV
AzPolitika.info

 






Fikirlər