TÜRKİYƏNİN ÜNVANINA AÇIQ TƏHDİD – "Bizə NATO-nun qətiyyətli cavabı lazımdır"
NATO-nun sammitindən heç bircə gün belə keçməmiş, Bundestaqın beynəlxalq məsələlər üzrə Komitəsinin üzvü bəyan edib ki, alyans nəhayət ki, Ankaranı S400 ZRK sistemindən imtinaya məcbur etməlidir. Oxucuların böyük əksəriyyəti («Xəbər 7», Türkiyə) hesab edirlər ki, Türkiyə düzgün yoldadır və öz planlarından imtina etməyəcək. Üstəlik də S-400 sistemləri daha bir çevriliş cəhdindən müdafiə olunmaq deməkdir. Bundestaqın beynəlxalq münasibətlər üzrə Komitəsinin üzvü Nils Şmid qeyd edib ki, NATO Ankaranın S-400 HHM sistemi əldə etməsinə yönəlik bildirib: «Biz, Türkiyə ərazisinin qorunması üçün başqa üsul tapmalıyıq». NATO sammitindən cəmi bircə gün sonra almaniyalı deputatın belə bəyanatla çıxış etməsi xeyli maraqlı mətləblərdən xəbər verir… Nəzərə almaq lazımdır ki, Şmid eyni zamanda, Almaniya Sosial-Demokrat Partiyasının xarici siyasət məsələləri üzrə spikeridir. Türkiyənin S-400 əldə etməsi məsələsini şərh edərkən, deputat bəyan edib: «Birincisi bu, NATO üçün problemə çevrilib və ona görə də bizə NATO-nun qətiyyətli cavabı lazımdır. Rusiya silahlarının Türkiyə torpağında yerləşdirilməsi NATO-nun bütövlüyünü təhdid altına alır. Ona görə də biz, Türkiyə ərazilərini qorumağın başqa üsülünü tapmalıyıq». «Cavab necə olmalıdır?» sualına isə Şmid belə cavab verib: «Bu, NATO daxilində açıq diskusiya olmalıdır və gələcəkdə mümkündür ki, biz orada ABŞ sistemlərinin yerləşdirilməsinə cəhdlər edək». Türkiyə hakimiyyəti isə artıq ABŞ-a inanmadığını bəyan edir. Belə ki, S-400 sistemindən əvvəl Türkiyə ABŞ-dan «Petriot» ZRK sistemi almaq istəyib, qarşı tərəf sadəcə, onları NATO üzrə müttəfiqinə satmaqdan boyun qaçırıb. Onu da qeyd etmək yerinə düşərdi ki, bir müddət əvvəl Rusiya kosmik-aviasiya qüvvələri Suriyaya girən kimi, ABŞ NATO xətti ilə Türkiyədə yerləşdirmiş olduğu «Petriot» sistemlərini əlüstü oradan çıxardıb apardı. Odur ki, indi ABŞ hakimiyyətinin və avropalı siyasətçilərin Türkiyənin ünvanına səsləndirdikləri bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Həm də bu xilafi-müttəfiqlər belə sarsaq bəyanatlarla sadəcə, qardaş ölkənin daxili işləinə qarışmaq cəhdləri göstərirlər. Beləliklə, hamı görür və anlayır ki, Türkiyə hakimiyyəti doğru yoldadır. Hazırladı: Mirzə AĞ