Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi
Çinin Heyluntszyan əyalətinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam qız övladı dünyaya gətirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə yerli “ECNS” xəbər portalı xəbər verib. Qadın hamiləliyin 38-ci həftəsində olub. Pasiyentin vəziyyətinin getdikcə pisləşməsi səbəbindən uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb. Nəticədə dünyaya 3,05 kiloqram çəkisi olan qız dünyaya gəlib. Körpə dərhal karantinə yerləşdirilib, ondan koronavirusla bağlı götürülən lazımi analizlər mənfi nəticə verib. Hazıra ana və övladının vəziyyəti “stabil yaxşı” qiymətləndirilir.