Bu qadın 44 uşaq dünyaya gətirib - FOTOLAR
39 il ərzində 44 uşaq dünyaya gətirən afrikalı ana özünün hiperovulyasiya adlandırılan nadir xüsusiyyəti və həyatı barədə danışıb. “Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Məryəm Nabatanzi Babirye adlı qadın 12 yaşında 40 yaşlı çoxarvadlı kişiyə ərə verilib. O, 13 yaşında əkiz uşaqlara hamilə qalıb. Hiperpovulyasiyaya görə demək olar ki, bütün hamiləlikləri məhsuldar olub, əkizləri, üçəmləri və dördəmləri dünyaya gəlib. 23 yaşına qədər qadın 25 uşaq dünyaya gətirib. Bundan sonra qadın sağlamlığına görə narahatlıq keçirib və həkimə müraciət edib. Həkimlər ona hiperovulyasiya diaqnozu qoyublar.