Dünyanin qadın liderləri virusa qarşı necə mübarizə aparır? - UĞUR SİRRİ

Dünyada koronavirusa yoluxmayan az ölkə var. Onlar COVİD-19-a qarşı mübarizədə fərqli nəticələrə nail olublar. Bu zaman həmin ölkələrin dövlət rəhbərlərinin qəbul etdiyi qərarlar da pandemiyanın profilaktikasına önəmli təsir edir.

 Modern.az xəbər verir ki, koronavirusla mübarizədə uğur qazanmış ölkələr sırasında qadın dövlət və hökumət başçısına malik Tayvan, Norveç, Finlandiya, Danimarka, İslandiya, Yeni Zelandiya, Almaniya və s. var. Həmin dövlətlərin qadın rəhbərlərinin virusla bağlı qəbul etdikləri uğurlu qərarları təqdim edirik.

 Tanınmayan Tayvan respublikasının prezidenti Tsay İnven ölkədə koronavirusa qarşı məhdudiyyətləri hələ yanvarda tətbiq etmişdi. Həmin vaxt hələ dünya virusun təhlükəsini anlamır, virus ocağı Uxanda isə xəsət sayı 50-yə çatmamışdı. Amma Tayvanın qadın rəhbəri əksər ölkələrin tətbiq etdiyi hərəkət azadlığını məhdudlaşdırmadı, əhalinin müdafiəsi üçün tədbirlər gördü.

İlk olaraq, məkrəblər bağlandı, ölkəyə turist axını məhdudlaşdırılıdı, əhaliyə maska ilə gəzmək göstərişi verildi. Hazırda Tayvanda 6 ölüm və 393 yoluxma faktı məlumdur.

Qeyd olunmalıdır ki, ada dövləti Ümumdünya Səhiyyə Təşkilatındamn çıxarılıb və heç bir xarici tibbi yardım almır.

 Baş nazir Casinda Ardernin başçılıq etdiyi Yeni Zelandiyada isə izolyasiya yolunu seçiblər. Xarici ölkə vətəndaşlarının ölkəyə girişi qadağan olunub, ölkəyə qayıdan yerli sakinlətr isə xüsusi palatalarda 14 gün karantində saxlanılır. Qərar fevralın ilk 10 günlüyündə verilmişdi. Hazırda Yeni Zelandiyada 1072 yoluxma və 9 ölüm faktı təsdiqlənib.

 Almaniya kansleri Angela Merkel isə virusun Çindən kənar ölkələrdə yayıldığı ilk günlərdən xalqa müraciət edərək tədbirlər görülməzsə, sakinlərin 70%-nin koronavirusa yoluxacağını elan etdi. Ziyarət etdiyi həkimdə COVİD-19 olduğu məlum olandan sonra o, 2 həftə izolyasiyada yaşadı və intizamı ilə sakinlərə nümunə oldu. Ölkədə aktiv koronavirus testi aparılması sayəsində, ölüm halları digər ölkələrlə müqayisədə xeyli azdı. Məsələn. Fransada  136 min779 yoluxma epizodunda 14 967 ölüm faktı aşkar olunubsa, Almaniyada 130 072 nəfərdən 3194 nəfəri keçinib.

 İslandiya baş naziri Katrin Yakobsdottir isə unikal metoda baş vuraraq, ölkədə bütün əhalinin pulsuz koronavirus testlərindən keçirilməsinə başladı. Bunun sayəsində, ölkə əhalisinin 25%-i artıq testdən keçib. İnsanların evdən çıxması və məktəbləri bağlamaqdan imtina edən İslandiyada qabaqlayıcı tədbirlər sayəsində 1711 yoluxma və 8 ölüm faktı var.

 Dünyanın ən gənc baş naziri sayılan finlandiyalı Sanna Marin isə qeyri-standart yanaşma sərgiləyib. O, əhalini məlumatlandrımaq üçün ənənəvi KİV deyil, sosial şəbəkələrə üstünlük verib. Virusla bağlı profilaktik tədbirlər, ehtiyat addımlar və s. barədə internet üzərindən çalışan infloenserlər tərəfindən həyata keçirilib. Hazırda Finlandiyada 3062 viruslu xəsət var.

 Norveç və Danimarka baş nazirləri Erna Sulber və  Mette Frederiksen isə fərqli ünsiyyət vasitəsi seçdilər. Frederiksen uçaqlar üçün xüsusi mətbuat konfransı, Sulberq isə televiziya görüşü keçirərək koronavirusla bağlı azyaşlıların suallarını cavablandırıblar.

 Qadın dövlət başçısının rəhbərliyi altında koronavirusla mübarizədə zəif nəticələr göstərən ölkə Belçika sayılmalıdır. Baş nazir Sofi Vilmes ölkə sakinlərinin virus təhlükəsinə baxmayaraq karantin zamanı şənliklər düzənləməsini sərt dillə tənqid etmişdi. Buna baxmayaraq, almanlardan qat-qat intizamsız sayılan belçikalılar arasında 30 589 yoluxma və 3903 ölüm faktı qeydə alınıb.  

 

 






Fikirlər