İran Rusiyadan 21 mlrd dollarlıq aviasiya avadanlığı almaq niyyətindədir
İran Rusiya ilə 21 mlrd dollar dəyərində Rusiya istehsalı olan “Superjet 100” təyyarələri daxil olmaqla aviasiya-kosmik avadanlığının alınmasına dair bir neçə müqavilə imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Sptnik” agentliyinə müsahibəsində İranın Milli Kosmik Mərkəzinin rəhbəri Manuçöhr Manteki deyib. Mantekinin sözlərinə görə, sazişlər avqustun sonunda keçirilmiş “MAKS-2015” aviasalon çərçivəsində əldə olunub.