Virusla təmasda mikroorqanizmi məhv edən xüsusi maska ixtira olunub.

"Modern.az" xarici KİV-ə istinadən xəbər verir ki, Amerikalı alimlərin bununla bağlı araşdırmalarının nəticələri “ChemRxiv” saytında dərc olunub.

Məlumata görə, ABŞ-ın İndiana Universitetinin alimləri nəm olarkən kiçik elektrik gərginliyi yaradan parçadan hazırlanmış maska nümayiş etdiriblər. Onlar bildiriblər ki, bir çox viruslar insan orqanlarına elektrostatistik qarşılıqlı fəaliyyətin köməyi ilə yapışır. Orqanizmə daxil olmaları üçün onların strukturu sabit qalmalıdır. Yeni tip maska ilə təmasda bu struktur məhv olur və yad elementlər məhv edilir. 

Həmin araşdırmaya altı il zaman sərf edən alimlər supermaska ilə təmasda olan virusun orqanizmə yoluxma qabiliyyətinin bir dəqiqədən sonra tamamilə yox olduğunu müəyyən ediblər.

Onlar yeni ixtiranın koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyətli olduğunu vurğulayıblar.