Daha iki ölkə koronavirusdan QURTULDU...
Dünyanın daha iki ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb. Bunlar Karib dənizi hövzəsində ada dövlətləri olan Sent-Vinsent və Qrenadin və Barbadosdur. Sent-Vinsent və Qrenadində infeksiyaya yoluxmuş 29 nəfərin hamısı sağalaraq evə buraxılıb. Barbadosda isə COVID-19 aşkarlanmış 97 nəfərdən 7-si vəfat edib, 90 nəfər sağalıb. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu iki ada dövlətini də koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib. Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Vatikan, Laos, Qvadelupa, Sint-Marten, Bruney, Qrenada, Cəbəllütariq, Dominika, Lixtenşteyn və San-Marino Respublikasında koronaviruslu xəstə qalmayıb. ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb. /Modern.az