Ermənistan koronavirusdan ölüm sayına görə dünyada ikinci YERDƏDİR...
Ermənistan hər milyon nəfər üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ölkə COVID-19-da bağlı başqa bir siyahıda da “liderlər” sırasındadır. Belə ki, indiyə qədər hər milyon nəfər əhali üzrə ən çox yoluxma halı 5 ölkədə qeydə alınıb. Həmin ölkələrin siyahını təqdim edirik: Qətər - hər milyon nəfərə 36 168; Bəhreyn - hər milyon nəfərə 17 817; Çili - hər milyon nəfərə 15,744; Küveyt - hər milyon nəfərə 12 175; Ermənistan - hər milyon nəfərə 11 872 Bu göstəriciyə, yəni hər milyon nəfər üzrə yoluxma sayına görə Ermənistan Çilidən sonra ikinci yerdədir. Azərbaycanda hər milyon nəfər üzrə yoluxma sayı 2 200-dən bir qədər çoxdur. Qeyd edək ki, indiyə qədər ölkəmizdə 22 990 nəfər koronavirusa yoluxub. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.