Koronavirus Rusiyaya haradan gəlib? - Alimlər müəyyən ebiblər

COVİD-19 virusu hesab edildiyi kimi, Rusiyaya Çindən yox, Avropadan gəlib. Koronavirusun qenomunu öyrənərkən, bu nəticəyə “Stoltex”dən olan mütəxəssislər gəliblər.

«RİA Novosti» agentliyinin xəbər verdiyi kimi, alimlər virusların genetik məlumatlarını müqayisə ediblər, müəyyən olunub ki, SARS-CoV-2 virusu Rusiyada 67 müstəqil mənbədən meydana çıxıb. Bu zaman alimlər qeyd ediblər ki, virus Rusiyaya 2020-ci ilin fevral-mart aylarında əsasən, Avropadan gətirilib.

“Stoltex”də bildiriblər ki, virusun erkən gətirilməsi halları Rusiyada «partlayış»a səbəb olmayıb.

Alimlərin sözlərinə görə, hazırda Rusiyada koronavirusun digər ölkələrdə olmayan ən azı, 9 variantı dövr edir. /AzPolitika.info

 






Fikirlər