TRAMP RUSİYAYA və PUTİNƏ “OYNAMAQDA” GÜNAHLANDIRILIR - Spikerdən İTTİHAM
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, prezident Trampın siyasəti Rusiya və onun lideri Vladimir Putin üçün sərfəlidir. O, həm də bildirib ki, Birləşmiş Ştatlar və NATO arasındakı ziddiyyətlər Kremlin «xeyirinə işləyir». Pelosi hesab edir ki, Moskva o cümlədən, ABŞ-ın Ukraynaya vaxında köməklik göstərməməsindən «mənfəət götürür». Bundan başqa, spikerin fikrincə, Trampın fəaliyyəti sayəsində Rusiya Yaxın Şərqdə öz mövqeyini möhkəmlədib. Bundan əvvəl, ABŞ Demokratıar Partiyasının nümayəndələri Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən görüşdə Trampı qaba davranışına görə günahlandırıblar. Xüsusilə, dövlət başçısı həmin tədbirdə Nensi Pelosini «üçüncü dərəcəli siyasətçi», «əsəbi» addandırıb. Nəticədə, Demokratlar heç bir nəticəyə gəlmədən, görüşü tərk ediblər. Bu ərəfədə, ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kori Buker debatlarda bəyan edib ki, ABŞ beynəlxalq səhnədə Rusiyaya qarşı «sərt durmalıdır». Digər demokratlar isə öz nəbəsində, Trampın Rusiyaya yönəlik siyasətini «məğlubedici» adlandırıblar.