Rusiya Xəzərdən İŞİD-ə zərbələr endirib – VİDEO
Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirib. Suriyadakı terrorçuların mövqeləri qanadlı raketlər vasitəsi ilə vurulub. 1500 kilometr məsafədə yerləşən hədəflər dəqiqliklə vurulub. Ümumilikdə İŞİD-in mövqelərinə 26 raket atılıb.
TASS-ın verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya müdafiə naziri Sergey Şoyqu çıxış edib.
O bildirib ki, zərbələr “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə endirilib.
Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib.