Paşinyan Hitler olmağı seçdi: ölümü ipdən, yoxsa güllədən OLACAQ?

Paşinyan Hitler olmağı seçdi: ölümü ipdən, yoxsa güllədən olacaq?

Nikol Paşinyan hakimiyyətə gələndə onu saqqalına və “aprel tezisləri”nə görə Leninə bənzədirdilər, amma o, Hitler olmağı seçdi.

1944-cü il: nasist fürer anladı ki, artıq yolun sonuna çatıb, məğlubiyyət qaçılmazdır və mahiyyətinə uyğun olaraq, mülki əhaliyə hücum etməyə başladı. Və həmin ilin 8 sentyabr tarixində Londona FAU-2 raketləri atmaq barədə əmr verdi, nəticədə 3 nəfər dinc sakin həlak oldu, 22 nəfər yaralandı. Ardınca Londona 1300 FAU-2 raket zərbəsi endirildi.

Hitler Almaniyasının Böyük Britaniyaya endirdiyi FAU-2 zərbələri nəticəsində 2724 britaniyalı həlak olub. Ümumilikdə isə FAU-2 zərbələri 20 min insanın ölümü il nəticələndi. Paşinyan məhz Hitler olmağı seçib...

Azərbaycan Ordusu cəbhədə düşməni darmadağın edir, erməni ordusunun minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edilib. İndiyə qədər Cəbrayıl, Füzuli və Zəgilan daxil olmaqla 140-dan çox yaşayış məntəqəsini azad edib.

Nikol Paşinyan məğlubiyyətdən xilas olmaq üçün mülki əhaliyə hücum edir.

Sentyabrın 27-dən başlayaraq, mülki əhaliyə edilən hücumlar nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb. Minlərlə ev və mülki obyekt sıradan çıxıb.

- Məğlub olduğunu anlayan Hitler kimi mülki əhalini hədəfə alır;

- Faşist mahiyyətini açıq şəkildə göstərir və bunu gizlətmir;

- Mülki əhaliyə zərbə vurmaq üçün nəzərdə tutulan raketlərdən istifadə edir;


Bu, Nikol Paşinyanla Hitlerin bənzərliyinin bir neçə nümunəsidir.

Ermənistanın baş naziri də 70 il öncə Hitlerin istifadə etdiyi raket tipindən istifadə edir.

Hitlerin son ümidi – FAU-2: məğlub olan nasist lider bu raketi hücum edən sovet qoşunlarına qarşı yox, Londona və əhalinin sıx yaşadığı digər böyük şəhərlərə atırdı. Çünki raketin dəqiqliyi çox aşağı idi və hərbi hədəfləri vurmaq üçün yararsız hesab olunurdu. Buna görə də həmin raketlərdən mülki əhalini vurur, bununla həm qisas alır, həm də insanlarda vahimə yaradırdı. Bu, nasist liderin son ümidi idi.

Paşinyanın son ümidi – SKAD: Ermənistanın baş naziri də adını daşıdığı babasının xidmət etdiyi fürerin yolunu gedir və bu raketlərə son ümidi kimi baxır. Sovet dövrünün istehsalı olan SKAD ballistik raketdir. İlk versiyası R-11, modernləşdirilmiş versiyası isə R-17 “Elbrus” olan bu raket NATO-da SKAD kod adı ilə qəbul olunur. Raketin maksimum sürəti saniyyədə 1,7 kilometrdir. Ortamənzillidir və nüvə başlığı daşıya bilir. Lakin SKAD-dan hərbi hədəflərin vurulması üçün istifadəsi sərfəli deyil. Hədəfdən yayınma dairəsi 450 metr olduğu üçün dəqiqliyi çox aşağıdır. Misal üçün, raket hər hansı bir hədəfə atılanda hədəfdən ən azı 450 metr raduisdan kənara düşəcək. Hərbi hədəflərin vurulmasında yararsız olan bu raketdən əsasən mülki əhaliyə qarşı istifadə olunur. SKAD ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olub. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılıb.

SKAD məğlub olan Nikol Paşinyanın son ümididir və məqsədi mülki əhaliyə daha çox ziyan vurmaq, qisas almaq və vahimə yaratmaqdır.

Ballistik raketlər diktator Səddam Hüseynin də dinc əhaliyə qarşı istifadə etdiyi əsas silahlarından idi. Ermənistanın ağılsız diktatoru Paşinyan da Hitler və Səddamın yolunu gedir...

Bu yolun sonu ölümdür və Nikol özünü ya asacaq, ya da güllələyəcək...

Asif Nərimanlı






Fikirlər