Belaruslular "Batya"nı devirmək üçün yenidən meydanlara axışdı - 100 minlik AKSİYA...
Belarusda Lukaşenkonun əleyhinə çoxminli etiraz aksiyası başlayıb.
Azpost.info bildirir ki, Polşada siyasi mühacirlərin idarə etdiyi “Nexta” teleqram-kanalının məlumatına görə Minskdə 100 min nəfər aksiyada iştirak edir. Etirazçılar “Minsk-Qəhrəman şəhər” abidəsinin yanına toplaşıblar.
Aksiyanın başlamazdan əvvəl güc strukturları bir sıra küçələri bağlayıb və meydanı əhatəyə alıb.
Müxalifət bu günkü aksiyaya xüsusi əhəmiyyət verir. Bu gün müxalifət lideri Svetlana Tixanovskayanın hakimiyyətə verdiyi ultimatumun müddəti bitir. O, Lukaşenkoya 10 gün ərzində istefaya getməyə çağırmışdı. Əgər bu tələb yerinə yetirilməsə etirazçılar kütləvi tətil elan edəcəklər.