Dünyada koronavirusla bağlı SON VƏZİYYƏT
Son sutka ərzində dünyada 470 min 46 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bu, Ümumdünya Səhiyyə Təşkilatının bu gün açıqladığı hesabatda əksini tapıb. Bununla da dünyada COVID-19-a yoluxanların sayı 81 milyon 947 min 503 nəfərə çatıb. Son 24 saatda daha 9 min 921 insan koronavirusdan həyatını itirib və bununla da dünyada bu virus səbəbindən ölənlərin sayı 1 milyon 808 min 41 nəfər olub. /Yenisabah.az