5 ölkə Çinə qarşı birləşdi
ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zelandiya Çinin uyğur türklərinə qarşı siyasətinin narahatedici bir həddə çatdığını açıqlayıb. Çin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı insan haqlarını pozan addımlar atır. Bu isə sözügedən beş dövlətin haqlı narazılığına səbəb olub. Onların verdiyi bəyanatda Çin hökümətinin öz sənədləri, peyk şəkilləri və şahidləri də daxil olmaqla insan haqları pozuntularına dair kifayət qədər dəlillərin olduğu qeyd edilib. Bəyanatda sözügedən ölkələrin və AB-nin Çin rəsmilərinə qarşı ortaq bir sanksiya addımı atdığına da işarə edilib: “Çinin geniş repressiya proqramına dini azadlıqların ciddi şəkildə məhdudlaşdırılması, məcburi əmək, toplama düşərgələrində kütləvi həbs, zorla qısırlaşdırma və Uyğur mirasının mütəşəkkil şəkildə məhvi daxildir. Çini Sincanda Uyğur müsəlmanlarına və digər etnik-dini azlıqlara qarşı repressiv tətbiqetmələrini dayandırmağa və həbs olunanları sərbəst buraxmağa çağırırıq”. Yenisabah.az