Baş nazir Timoşenkonu “seksual yırtıcı” adlandırdı: “Mənə intim təkliflər etməkdən əl çəkmir”



Ukrayanın baş naziri Arseni Yatsenyuk “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu seksual zorakılıqda ittiham edib. 

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Yatsenyuk fransalı jurnalist Yelena Servettaza Ali Radadakı fraksiya rəhbərləri ilə normal münasibətlərdə olduğunu, yalnız “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ilə yola getmədiyini deyib.
Ukraynanın hökumət başçısı Timoşenkonun ona dəfələrlə intim təkliflər etdiyini söyləyib: 2014-cü li fevralın əvvəllərindən başlayaraq Yuliya Vladimirovna dəfələrlə mənə intim əlaqəyə girməyimizi təklif edirdi. Lakin mən evli adam idim və buna heç cür razı ola bilməzdim”.
Arseni Yatsenyuk Timoşenkonu “seksual yırtıcı” adlandırıb və ondan maksimum uzaq gəzdiyini deyib: “O hər dəfə məni görən kimi yenidən intim təkliflər etməyə başlayır. Ondan dəfələrlə sərt formada buna son qoymasını desəm də nəticəsi yoxdur”.
Ukraynanın baş naziri Radadakı digər fraksiya liderləri ilə normal iş münasibətlərində olduğunu deyib.






Fikirlər