Rusiya şirkəti Füzuliyə uçuşlara başlayır ...

Rusiya şirkəti Füzuliyə uçuşlara başlayır

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) 3 aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 uçuşun həyata keçirilməsi üçün icazə verib.

“Qafqazinfo”   xəbər verir ki, sözügedən şirkətlər “Azur Air”, “Severnıy veter” və “İrAero”dur.

“Rosaviasiya”nın qərarına əsasən, “İrAero” şirkəti həftədə iki dəfə Moskva-Füzuli və Moskva-Zaqatala reyslərini həyata keçirəcək.

Bununla yanaşı, “Azur Air” şirkəti Rusiyanın dörd şəhərindən Bakıya reyslərin təşkil edilməsinə icazə alıb. Sözügedən şəhərlər Samara, Rostov-na Donu, Krasnodar və Kazandır. Şirkət hər həftə iki dəfə həmin şəhərlərdən Bakıya uçuşlar edə biləcək.

“Severnıy veter” aviaşirkəti isə həftədə 7 dəfə Soçi-Bakı reysinin həyata keçirilməsinə icazə əldə edib.






Fikirlər