Vahid Ələkbərovun sərvəti bu il 6,44 milyard dollar artıb - “Forbes”

Vahid Ələkbərovun sərvəti bu il 6,44 milyard dollar artıb

Dünyanın ən zəngin insanlarının qlobal reytinqində 104 rusiyalı milyarderdən 70-i sərvətlərini il ərzində artıraraq, 101,4 milyard dollar çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalı siyahı açıqlayıb.

Belə ki, siyahıda olan 104 rusiyalı milyarderdən 70-i bu il ərzində sərvətlərini 101,39 milyard dollar artıraraq, 576,72 milyard dollara çatdırıb.

Siyahıya görə, bu il Rusiyada sərvətini ən çox artıran “Telegram”ın qurucusu Pavel Durov olub. O, sərvətini 13,81 milyard dollar artıraraq, 17,24 milyard dollara çatdırıb.

İkinci yerdə "Wildberries" e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk qərarlaşıb. O, sərvətini 11,92 milyard dollar artıraraq, 13,02 milyard dollara çatdırıb.

"Avroxim"in İdarə Heyətinin üzvü Andrey Melniçenko isə üçüncü olub. O, sərvətini 10,60 milyard dollar artıraraq, 25,37 milyard dollara çatdırıb.

Dördüncü yerdə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov və ailəsi olub. Ailə sərvətini 6,83 milyard dollar artıraraq, 29,52 milyard dollara çatdırıb.

Sərvətini artıran beşinci milyarder isə “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub. O sərvətini 6,44 milyard dollar artıraraq, 26,16 milyard dollara çatdırıb.






Fikirlər