Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq NASDAQ elektron birjasının açılışında ilk iki saat ərzində öz sərvətini 4,3 milyard dollar artırmağa müvəffəq olub.
Gazeta.ru xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Hazırda Zükerberq dünyada ən zəngin insanları reytinqində altıncı yerdədir. Onun sərvətinin dəyəri 51,8 milyard dollar təşkil edir.
Şirkət rüblük hesabatda gəlirlərinin analitiklərin gözlədiyindən artıq olduğunu bildirdikdən sonra Facebook aksiyaları təxminən 10% artıb. Keçən il ilə müqayisədə gəlir demək olar ki, 1,5 milyard dollara qədər artıb, əldə edilən məbləğ 5,2 milyard dollardan ibarət olub.
Bundan başqa, sosial şəbəkə fəal iştirakçılarının auditoriyasını 15% artıraraq 1,65 milyard nəfərə çatdırıb.
Fikirlər