30.03.2014. - “Facebook” 3.1 milyard dollar itirdi
“Facebook” un 29 yaşındakı qurucusu Mark Zükerberq birjada bir həftədə 3.1 milyard dollar itirdi.
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” virtual texnologiyalar istehsalçısı “Oculus VR”-yi aldıqdan sonra birjada böyük zərərə uğradı.
Həftəlik itkisi 11faiz olan “Facebook” hissələri Mark Zükerberqin sərvətindən 3.1 milyard dolları buxarlaşdıraraq, 27 milyard dollara enməsinə səbəb oldu.
Sərvətinə əhəmiyyətli ölçüdə zərər dəyən yalnız Mark Zükerberq deyil.
“Google”-un qurucuları Sergey Brin və Larry Page cütlüyünün də ümumi itkiləri 3 milyard dollara yaxın olub.
Eyni zamanda “Amazonun” qurucusu Jeff Bezosun da sərvəti 1. 9 milyard dollar əriyib.