ÜST-dən XƏBƏRDARLIQ: COVID əleyhinə təkrar peyvənd vurdurma qurtuluş yolu deyil...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirusa qarşı gücləndirici peyvəndlər məqsədəuyğun strategiya deyil. Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, eyni fikri Avropa Tibb Agentliyi (EMA) da bölüşür. “Əgər 4 aydan bir gücləndiricilər hazırlayacağımız bir strategiyamız varsa, immun reaksiyası ilə bağlı problemlərimiz ola bilər. Təbii ki, daimi peyvəndlərlə əhalini yormaq riski var”, - EMA-nın peyvənd şöbəsinin rəhbəri Marko Kavaleri bildirib. Kavaleri əlavə edib: "Bunun əvəzinə, ölkələr bu gün qrip peyvəndləri kimi, daha uzun fasilələrlə gücləndiricilər vermək və onları soyuq mövsümün başlanğıcı ilə sinxronlaşdırmaq barədə düşünməyə başlamalıdırlar".