Rusiya hərbi büdcəsini artırır - Gələnilki hərbi xərclər 83 milyard dollar olacaq
İqtisadi böhranla mübarizə aparan Rusiya hərbi xərcləri azaltmaq əvəzinə, təhsil və səhiyyəyə ayrılan vəsaiti azaltmaq niyyətindədir. Dövlət Dumasına təqdim edilən büdcə layihəsinə görə, 2016-cı ildə ordu üçün ayrılacaq vəsait 34 milyard dollara çatdırılacaq. Bundan başqa, “Milli müdafiə üçün” təxminən 49 milyard dolların ayrılması gözlənilir. Nüvə silahının saxlanılmasına ayrılan vəsait 62 milyon dollar artırılacaq, ordunun şəxsi heyətinin maaşların ödənilməsinə isə əlavə olaraq 640 milyon dollar ayrılacaq. Ümumilikdə 83 milyard dollara çatacaq illik hərbi xərclər büdcənin 20,3 faizini təşkil edəcək. Büdcə layihəsində görə, Rusiyaya 2016-cı ildə səhiyyəyə ayrılan vəsait 8, təhsilə ayrılan vəsait isə 8,5 azaldılacaq.(Azərtaym.az)