“G7” rəsmən bəyan etdi: "Rusiyaya dəstəyə cəsarət edənlər “yüksək bədəl” ödəyəcək..."

“G7” rəsmən bəyan etdi:

“G7” ölkələrinin xarici işlər nazirləri Yaponiyanın Karuizava şəhərində keçirilən görüşdən sonra aprelin 18-də birgə bəyanatla çıxış ediblər. 
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
Onlar Ukraynaya dəstəyi davam etdirəcəklərinə söz veriblər və müharibədə Rusiyaya kömək etməyə cəsarət edənlərin cəzalandırılacaqları ilə bağlı xəbərdarlıq ediblər. Bu barədə “G7” nazirlərinin birgə bəyannaməsində deyilir:
 
"Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında:
 
"Üçüncü tərəflərə Rusiyaya müharibəni aparmaq üçün dəstəyi dayandırmağa və ya ağır bədəl ödəməyə çağırışımızı təkrar edirik. Üçüncü tərəflərin Rusiyaya silah ötürülməsinin qarşısını almaq və onlara cavab vermək üçün koordinasiyamızı gücləndirəcəyik və Rusiyanı maliyyə cəhətdən dəstəkləyənlərə qarşı tədbirlər görməyə davam edəcəyik".
 
Xarici işlər nazirləri həmçinin Rusiya Federasiyasının Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı təhdidlərini qətiyyətlə pisləyib və onları “qəbuledilməz” adlandırıblar.
 
Sənədin mətnində deyilir: “Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadəsinin dəhşətli nəticələri olacaq”.
 
Sultan Laçın






Fikirlər